“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin sonuna qədər rus kantingentin Qarabağı tərk edəcəyinə dair verdiyi açıqlama tamamilə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu müddət Rusiya ilə Azərbaycan Prezidentləri ilə və Ermənistanı Baş nazirinin imzaladığı birgə bəyanatda öz əksini tapır. Azərbaycan tərəfi 1990-1992 və 2012-ci illərdə rus qoşunlarının Azərbaycandan çıxarılmasına nail olub”. Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev "Səs" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 1990-1992-ci ildə bizim imkanlarımız indikindən dəfələrlə zəif idi: “2012-ci ildə də bizim potensialımız indikindən fərqli idi. Belə olan halda 4-cü dəfə rus kantingentinin Azərbaycan ərazisində çıxarılması bizim üçün heç bir problem kəsb etmir, xüsusilə də biz nəzərə alsaq ki rus kantingent üzərinə düşən öhdəlikləri o cümlədən erməni silahlılarının ərazisindən çıxarılmasını təmin etməyib, Zəngəzur dəhlizinin açılmasıda heç bir addım atmayıb, sərhədlərin delmitasiya prosesini kifayət qədər ləngidib. Azərbaycandan olan vətəndaşlarımızın Qarabağa qayıtmasını da təmin etməyib və belə olan halda rus kantingentin təyinatına uyğun olmayacaq şəkildə erməni silahlılarına kuryerlik etməsini də nəzərə alsaq rus kantingent hələ 2025-ci ilin sonuna qədər Azərbaycanda qalması da sula altındadır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB