“Düşünürəm ki, bir il stajdan sonra insanlar vəkillik adını qazana bilərlər. Vəkilliyə qəbulu asanlaşdırmaq lazımdır. Bu problem çözülsün ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.
Deputat həmçinin, təbii sərvətlərimizdən istifadə məsələsinən də toxunub: “Bizim xeyli təbii sərvətimiz var. Bunun üzərində düşünməliyik və Azərbaycan adı ilə məhsullarımızı dünya bazarına çıxarmalıyıq. İmkan verməməliyik ki, başqa ölkələr bizim sərvətlərimizi öz adlarına çıxarsınlar. Bu həm də ölkəyə turist axınına təsir edən məsələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB