“Rusiya sülhməramlıları Qarabağa Azərbaycanın parlaq hərbi qələbəsindən sonra 2020- ci ilin noyabrında Kremlin moderatorlugu sahəsində əldə edilmiş üç tərəfli bəyənatın şərtlərinə əsasən Azərbaycan və Ermənistnın təklifləri əsasında gəliblər”. Bu fikirləri politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəyanat tərəflər arasında atəşkəsin qorunub saxlanılmasında tərəflərin öhdəlikləri, habelə sülhməramlıların vəzifələri ilə bağlı amilləri özündə ehtiva edir: “Bəyənatın imzalandıqdan müəyyən vaxt sonra Ermənistan Rusiyanın proseslərə nəzarəti altında sənəddə adları çəkilən Azərbaycan rayonlarından öz qoşunlarını çıxartmış və bu ərazilərdə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa edilmişdir. Rusiya ilə yanaşı Türkiyənin mövcud münaqişənin həllində oynaya biləcəyi rol və onun regionla bağlı maraqları nəzərə alınmaqla Türkiyənin proseslərə nəzarət imkanlarının saxlanılması məqsədilə Ağdamda Monitorinq Mərkəzi yaradılmışdır. İndiyə qədər bu mərkəz tərəfindən Rusiya sülhməramlılarının hərəkətləri ilə bağlı hər hansı mənfi rəy və ya çağırış qeydə alınmamışdır. Əksinə bütün bu müddət ərzində məhz rəsmi İrəvan sülhməramlıların hərəkətlərindən daim narazılığını ifadə etmişdir. Rəsmi İrəvan Qərbdəki havadarlarına müraciət edərək onları da Rusiya sülhməramlılarının hərəkətlərini qınamağa, Azərbaycanla danışıqlarda vasitəçi tərəf kimi çıxış etməklə, Rusiyanı danışıqlardan uzaqlaşdırmağa çağıran bəyanatlarla çıxış etmişdir. Rəsmi Bakı bu müddət ərzində Rusiya sülməramlılarının hərəkətlərində müyyən hallar istisna olmaqla sülhməramlıların fəaliyyətindən razı olduğunu Rusiya rəsmiləri ilə aparılan danışıqlarda dəfələrlə vurğulamışdır. Sülhməramlıların hərəkətlərindən olan narazılıq daha çox bizim KİV də öz əksini tapır ki, onlar indiyədək Azərbaycan ərazisindən işğalçı qoşunların çıxarılmasını təmin etməyiblər və burada belə bir hal nədənsə nəzərdən qaçırılır ki, Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanıyacağını ( hələlik rəsmi bir sənəd yoxdur, Paşinyanın açıqlamalarından başqa) bəyan edən rəsmi İrəvan Azərbaycanda ona aid olmayan qoşunların olduğunu bəyan edir və bu qoşunların Qarabağdakı dünya birliyi tərəfindən tanınmayan respublikaya aid olduğunu bəyan edir. Bu şəraitdə Rusiyanın Qarabağdakı seperatçı rejimə aid olan qoşunları tərkisilah etmək cəhdləri onun Qərbdəki havadarları tərəfindən Rusiyanın tərəf sərgiləməsi və Azərbaycana dəstək verərək Qarabağda etnik təmizləmə siyasəti aparması ampluasında qiymətləndiriləcək.Sülhməramlılar bölgəyə münaqişənin yenidən alovlanmasına yol verməmək, humanitar təsnifatlı ,sosial problemlərin yaşanmamasına yol verməmək üçün yerləşdiriliblər”. E.Manafov onu da bildirdi ki, Rusiya münaqişə tərəfləri arasında yekun sülh müqaviləsinin əldə edilməsi üçün danışıqları dəstəkləyir, ABŞ dan fərqli olaraq Azərbaycanı Qarabağdakı seperatçı rejimlə, sözün əsl mənasında münaqişənin mövcud olduğu bu dövr ərzində Azərbaycanı terorla təhdid edən tərəflə danışıqlar masası arxasına keçməyi təklif etmir: “Sülhməramlıların Azərbaycanda mövcudluğu əslində çoxdan bəri məhəlli, lokal problem deyil, artıq qlobal səciyyə və mahiyyət kəsb edən problemə çevrilib, odur ki, bu gün Qərbin, onun informasiya vasitələrinin bu problem ətrafında apardığı əsl şəbəkə müharibəsi Azərbaycanda antipusiya ovqatının qızışdırılmasına xidmət edir, Türkiyə ptezidentinə də bu sual onun NATO nun Vilnus səfərindən qayıtmasından sonra verilmişdir. Sammit ərəfəsində Kiyevdə Ərdoganın Zelinski ilə baş tutan danışıqlarından sonra onun Rusiyada terorçu təşkilat kimi tanınan "Azov"qruplaşması komandirlərini Kiyevə təqdim etməsi haqlı olaraq Rusiyada muəyyən narazılıq doğurmuşdur, çünki sövdələşməyə görə bu hərbi əsirlər meharibənin qurtarmasına qədər Türkiyədə qalmalı idilər. Bu məsələnin Rusiyada doğurduğu narazılıqla bağlı məsələyə gəlincə isə Ərdoğan bununla bağlı niyə belə qərar qəbul etməsinin gerçək səbəbini avqustda həmkarı Putinin Türkiyəyə səfəri zamanı onun nəzərinə çatdıracağın demişdi. Rusiya sülhməramlılarının 2025 ci ildə Azərbaycanı tərk edəcəkləri ilə bağlı Ərdoğanın məlum açıqlaması da əslində müqavilənin şərtlərində öz əksini tapmış amillərdən başqa bir şey deyil. Tərəflərin müqavilə şərtlərini uzatmaqla bağlı mövqelərinin olmayacağı təqdirdə Rusiyanın bölgəni tərk edəcəyi gözləniləndir, bircə qalır digər vacib məsələyə aydınlıq gətirmək.: Müstəqil siyasət yeritmək iqtidarında olmayan, bölgədəki geosiyasi reallıqları Qərbdəki havadarlarının göstərişi ilə dəyişməyə çalışan Paşinyan iqtidarı üçtərəfli müqavilənin müddətini uzadacaqmi?Əlbəttə yox. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində biz Ermənistanla deyil, Qarabağdakı qondarma rejimlə mübarizə aparmışıq, onda üçtərəfli müqaviləyə niyə Paçinyan imza atırdı, məşhur əsərdə deyildiyi kimi"tülkünün quyruğunun quyruğu olduğuna görə"?!”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB