“Ermənistana məxsus silahlılar ərazilərimizdən təmizlənməlidir“ - DEPUTAT FİKİR BİLDİRDİ
“Azərbaycan dövlətinin ərazisindən axırıncı erməni çıxmayacana qədər ölkə sərhədlərində ermənilər təxribatlarına davam edəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində separatçılar qaldığı müddət ərzində, təxribatların da sonu olmayacaq: “Eyni zamanda ərazilərimizdə bu gün də fəaliyyət göstərən Ermənistan dövlətinə məxsus silahlı birləşmələr də ərazilərimizdən təmizlənməlidir. Təbii ki, onların təminatçısı rolunda çıxış edən Rusiya dövlətinə məxsus hərbi kontingent də ərazilərimizdən çıxmalıdırlar. Bu şərtlər yerinə yetirildiyi zaman erməni təxribatları sona çatacaq. Əks təqdirdə təxribatlar daha da arta bilər.
Bu separatçıların ölkəmizdə qalmasını istəyən dövlətlər var. Bunlardan biri də məhz Rusiyadır. Erməniləri də məhz təxribat törətməyə onlar təhrik edirlər.
Buna görə də qeyd etdiyim şərtlər yerinə yetirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB