Penitensiar xidmətin yeni rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. SİA-nın məlumatına görə, 1976-cı il təvəllüdlü Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır. Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb. Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə