“Ermənistanın sərsəm açıqlaması anlaşılan deyil” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın sərsəm açıqlaması anlaşılan deyil” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın bütün dövlət orqanları tamamilə səhv düşüncədədirlər, onlar başlarını itiriblər. Azərbaycan öz daxilində instusional bir şey yarada və onu ləğv edə bilər. Bunun heç bir dövlətə aidiyyatı yoxdur. 23 aprel 2023-cü il tarixində Laçın rayonu ərazisində Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, Həkəri çayı üzərində yaratdığı sərhəd-buraxılış məntəqəsi Azərbaycanın öz daxili işidir. Bu nəinki hansısa məhkəmənin predmeti, heç müzakirə mövzusu belə olmaz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ermənilərin gözlərini nifrət o qədər örtüb ki, bu məsələlərini öz ağıllarının olmaması istiqamətində müzakirə edirlər: “Bu həqiqətən bir dövlət üçün biabırçılıqdır. Nə vaxtdan Azərbaycan Ermənistanın subyekti olub ki, Ermənistan məhkəməsinin çıxartdığı qərarı Azərbaycan tətbiq etsin?

Rəsmi İrəvan anlamalıdır ki, hərəkətə keçməmişdən öncə ən azından məsələni hüquqi baxımdan araşdırmaq lazımdır. Hər bir dövlətin hüquq normaları həmin dövlətin sərhədlərində bitir. Buna görə də Ermənistanın bu sərsəm açıqlaması anlaşılan deyil. Azərbaycan onsuz da onların heç bir sözünə fikir vermir”.

Bütün xəbərlər Facebook səhifəmizdə