Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri ilə görüşüb

Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri Zavkizoda Zavki ilə görüşüb.

Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, görüşdə bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd edilib.

Görüşdə iki ölkə arasında ticari-iqtisadi, investisiya və mədəniyyət-humanitar sahələrdə əlaqələr müzakirə olunub. Eyni zamanda Azərbaycan və Tacikistan arasında Ticari-İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın Bakıda VI iclasının keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə