"Fransada baş verənlər Makronun bədxah siyasətini göstərir" - Vahid Əhmədov
“Özünü demokratik dövlət kimi nümayiş etdirən Fransada baş verən iğtişaşlar Makronun bədxah siyasətini göstərir. Makron erməni faşizminin əsas tərəfdarlarından biridir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Fransa Azərbaycan əleyhinə çıxış edərək haqqı nümayiş etdirmir. Bu onu göstərir ki, Fransa humanist prinsiplərə sadiq deyil. Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində nazirlər toplantısında Fransanın ikiüzlü siyasətini sərt tənqid etdi. Ölkə başçısı həmçinin Fransanın qanlı müstəmləkə cinayətlərini xatırlatdı və soyqırımı törətdiyi ölkələrdən üzr istəməyə çağırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB