"Fransa Azərbaycanın daxili işlərinə qarışmamalıdır" - Ceyhun Məmmədov

"Fransa Azərbaycanın daxili işlərinə qarışmamalıdır" - Ceyhun Məmmədov

“Bir neçə gün bundan əvvəl Fransada gəncin qətlə yetirildiyinin və İsveçdə Quranın yandırılmasının şahidi olduq. Bu gün təəssüflə qeyd edirik ki, əksər Avropa ölkələrində islamofobiya artmaqdadır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu ölkələrin başında Fransa durur: “Fransa davamlı olaraq Azərbaycanı günahlandırmağa çalışır. Bu gün reallıq odur ki, Fransada Əlcəzairdə qətlə yetirilən insanların sümükləri nümayiş etdirilir. Bir tərəfdə isə Azərbaycan nümunəsi var. Azərbaycanda yalnız müsəlmanlara deyil, eyni zamanda xristian və yəhudilərə də diqqət ayrılır. Bu baxımdan Fransa bu məsələdə bizə irad bildirə bilməz. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Fransa soyqırım törətdiyi ölkələrdən üzr istəməlidir. Fransa Azərbaycanın daxili işlərinə qarışmamalı və bölgədə sülhün bərqərar olmasına mane olmamalıdır”

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə