Ənənəvi olaraq ordu dövlətin əsas elementlərindən biridir və onun mövcudluğunun vacib açarlarından hesab olunur. Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra, ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibənin yekununa dair əldə edilən razılaşmaya və Ermənistanın Azərbaycana təslimolma aktının imzalanmasına baxmayaraq, onlarla qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin döyüşçülərinə və dinc sakinlərə qarşı dəfələrlə silahlı təxribat törədiblər və hər dəfə düşmən layiqli cavab alıb. Qarabağı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri, məğlub olan düşmənin silahlı təxribat və qanunsuz hərəkətlərinin olma ehtimalı həddən artıq yüksək olduğundan, işğaldan azad edilmiş ərazilərdə ən qısa zamanda möhkəmlənməli olub. Azərbaycanın hərbi-siyasi rəhbərliyi təhlükənin səviyyəsini nəzərə alaraq, bu ərazilərdə lazımı, gələcəkdə buraya qayıdan məcburi köçkünlərin təhlükəsizliyini təmin etməyə qadir olan, zəruri hərbi infrastrukturun yaradılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır. Bu addım bizim döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırır, Azərbaycan ordusunu daha da nümunəvi edir. Hal-hazırda Qarabağda Komando Qüvvələrin briqadası yerləşir. İlk dəfə, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi günündə, ailə üzvləri ilə birlikdə Hadrutda Komando briqadasının yeni bazasında olmuşdular. Bu onu göstərik Ali Baş Komandanımız istetedadlı diplomat olmaqla yanaşı, nümunəvi və məharətli sərkərdədir. Komando Qüvvələrinin yaradılması - Azərbaycanın Ordu quruculuğu tarixində ciddi hərbi-strateji addımdır. Bu gün ordumuz böyükdür və böyüməkdə davam edir, daha hazırlıqlı və texniki təchizatlıdır, yüksək mənəvi-psixoloji hazırlığa malikdir, həm qısa, həm də uzunmüddətli perspektivdə qarşıya qoyulan hərbi vəzifələri əsaslı və aydın şəkildə yerinə yetirməyə qadirdir.
Cari ilin İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib, komandoların intensiv hazırlıq prosesini diqqətlə izləyib. Ali Baş Komandanın şəxsən yaradılan şəraitlə diqqət göstərməsi onu göstərir ki, Azərbaycan əsgəri və zabiti dövlətimizin, o cümlədədən hər bir vətəndaşın diqqət mərkəzindədir. Azərbaycanda ordu sözü təkçə söz deyil, ordu bizim qəlbimizdə xüsusi yer tutur.
Dövlətimizin Başçısı tədbirdə çıxış edərək, bir sıra məsələlərə toxundu ki, bu da öz növbəsində əsaslı və tarixi - əhəmiyətli nitqlər sırasına yer tutdu. Ali Baş Komandanın geniş nitqinin bir parçası olan: "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır".
Əlbətdə ki, hərbi münaqişəyə həm iqtisadi, həm də siyasi müstəvilərdən baxmaq lazımdır. Bu gün dünya iqtisadiyyatı ölkələr arasında rəqabətin qaçılmaz olaraq artmasını nəzərdə tutur ki, bu da o deməkdir ki, sonda böyük təbii sərvətlərə və bazarlara, dinamik və çoxşahəli inkişafa malik olan ölkələr gündəmdə qalır. Qeyd olunanlar Azərbaycana şamil olunsa, bu gün ölkəmiz müəyyən ölkələr üçün son dərəcə əlverişsizdir. Azərbaycan hər gün dünyada daha rəqabət qabiliyyətli bir ölkəyə çevrilir: hərbi inkişaf proqramını təkmilləşdirməkdə davam edir, donanmasını inkişaf etdirir, öz istehsalını və kənd təsərrüfatını inkişaf etdirməyə çalışır, resursların vahid ticarətinə arxalanmır, bütün biznes növləri müəyyən dinamika ilə genişlənir və dövlət tərəfindən dəstəklənir və.s. Sadalanan amillər onu göstərir ki, Azərbaycana güclü ordu lazımdır, ilk növbədə, öz dinc mövqeyini müdafiə etmək, əldə etdiyimiz rəqabət üstünlüklərini qoruyub saxlamaq, sakit şəkildə yaratmaq, səy göstərdiyimiz, yaratdığımız hər şeyi bir anda itirməmək üçün.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir, ümumilkdə isə xalqımızda ruh yüksəkliyi gündən-günə artır, Vətənə məhəbbət, Torpağa hörmət, Dövlətə dəstək sütunları Azərbaycan Respublikasını beynalxalq aləmdə nüfuzunu daha da artırır, kimin kim olmasını yerində və dərhal göstərir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB