“Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan davamlı olaraq təxribatlar törədir. Təbii ki, növbəti dəfə nümayiş etdirir ki, Azərbaycanla sülh sazişi imzalamaq fikrində deyil. Ermənistanın bu təxribatları getdikcə daha intensiv xarakter alır. Qarşı tərəfin təxribatlar törətməkdə məqsədi ondan ibarətdir ki, regionda münaqişəni davam etdirsin. Çünki Ermənistan proseslərin sona çatmasında maraqlı deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, əks halda Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir: “Belə olan halda proseslərə kənar güclərin müdaxiləsi də meydana gələcək. Bununla da Paşinyan yekun sülh sazişini imzalamaqdan bir müddət yayına bilər. Həm də Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı guya hansısa təhlükənin mövcudluğunu nümayiş etdirmək istəyir. Çünki Azərbaycan tərəfi ölkəmizin ərazisində yaşayan ermənilərin vəziyyətinin heç kimlə müzakirə etməyəcəyini bildirib. Bu onun daxili işidir. Lakin bütün bunlara baxmayaraq istər Ermənistan, istərsə də Avropa Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti məsələsini beynəlxalq ictimaiyyətlə müzakirə olunmasında israr edirlər. Bu da yenə proseslərin məqsədli uzadılması üçün edilir. Ermənistan hazırki məğlub durumda sülh sazişini imzalamaqdan yayınmaq istəyir. Çünki Paşinyan yekun sülh sazişini imzaladıqda, Ermənistanda ona qarşı sərt çıxışların olacağını bildirir və hakimiyyəti itirmək təhlükəsinin olduğunu da dərk edir. Buna görə də Paşinyan üçün ən optimal variant Azərbaycanla yekun sülh sazişini imzalamaqdan yayınmaqdan davam etməkdir. Bunun üçün də müxtəlif təxribatlara əl atılır, Paşinyan zidiyyətli fikirlər səsləndirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə