“ABŞ davamlı addımlar atır” - ŞƏRH EDİLDİ

“ABŞ davamlı addımlar atır” - ŞƏRH EDİLDİ

“Bu gün ABŞ-Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir, əlaqələr inkişaf edərək daha da güclənir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydeni təbrik etməsi də iki ölkə arasındakı əlaqələrin inkişafından xəbər verir: “ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün davamlı addımlar atır. Bu baxımdan da əlaqələrin inkişafı olduqca önəmlidir. Bunun üçün də Azərbaycan müxtəlif addımlar. Düşünürəm ki, növbəti illərdə əlaqələrimiz daha da güclənib, inkişaf edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə