Erməni təxribatlarına hansı halda son verilə bilər? - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan ərazisindən sonuncu erməninin gedəcəyi zaman erməni təxribatlarına son veriləcək. Otuz ildən çoxdur ki, dövlətimizin ərazisində ermənilər tərəfindən yaradılan separatçı bir qurum var. Hansı ki, onu “Dağlıq Qarabağ Respublikası, "Arsax" dövləti adlandırıblar. Məhz bu qurum və onu yaradanlar məhv edildiyi zaman təxribatlara da son qoyulacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin ərazisində ikinci bir dövlət mövcuddur: “Eyni zamanda ərazilərimizdə hazırda erməni silahlı birləşmələri də mövcuddur. Bundan əlavə olaraq onları müdafiə edən və özünü sülhməramlı adlandıran Rusiya kontingenti də ərazilərimizdədir. İki dövlətin də nümayəndələri birlikdə əməkdaşlıq edir, Rusiya Ermənistanı silahlandırıb, təlimatlandırır. Bu qüvvələrin Azərbaycan ərazilərindən tamamilə təmizlənməsindən sonra təxribatlar da bitəcəkdir.
Hesab edirəm ki, bu proseslər böyük itkilərə səbəb olacaq müharibəyə çevrilmədən Azərbaycan tədbirlər görməyə başlamalıdır. Hərbi gücümüzdən istifadə edib antiterror əməliyyatları keçirməklə adını çəkdiyim qüvvələri ərazilərimizdən təmizləməliyik. Eyni zamanda heç bir danışıqlara da etibar edilməməlidir. 27-28 il ərzində aparılan danışıqları gördük, heç bir nəticə əldə oluna bilmədi. Sonda isə məhz Azərbaycan ordusu, dövləti və orduya rəhbərlik edən Ali Baş Komandan sayəsində torpaqlarımız azad edildi. Buna görə də danışıqlara uyub vaxt itirməməli, onların ərazimizdə güclənməsinə imkan verməməliyik. Hərbi gücümüzdən istifadə edərək onları ərazimizdən çıxarmalı və Ermənistanla sərhədləri bağlamalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB