Ermənistanın törətdiyi ekoloji terror bəşəriyyətə təhdiddir TƏHLİL

Ermənistanın törətdiyi ekoloji terror bəşəriyyətə təhdiddir TƏHLİL

Dünya xalqları və dövlətləri üçün təhlükə mənbəyi olan erməni toplumu işğal etdiyi Azərbaycan ərazilərində təkcə insanları kütləvi şəkildə qətlə yetirməsi və ya yaralaması, yüz minlərlə azərbaycanlılının ev-eşiyini dağıdıb, qarət etməsi ilə yekunlaşmayıb, bu vəhşi toplum həm də Azərbaycanın ekaloji mühitinə böyük fəlakətlər törətmişlər. Hesablamlara görə, 30 illik işğal dövründə ermənilərin Azərbaycanın flora və faunasına, su hövzələrinə, meşə massivlərinə vurduğu ziyanlar, törətdiyi vəhşiliklər alman faşizminin İkinci Dünya müharibəsində xalqlara və dövlətlərə vurduğu ziyandan qat-qat böyükdür. Erməni daşnak terrorçu dəstələri Azərbaycan torpaqlarının işğalı zamanı 155 növ yeraltı və yerüstü sərvəti qarət və talan etmişlər. Kəlbəcər və Zəngilan ərazilərində 15 qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşı, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı su və 10 mineral su yataqları vəhşicəsinə istisamar və talan edilməklə Azərbaycana milyardlarla ABŞ dolları ziyan vurmuşlar.

Emənistanın beynəlxalq məhkəmə qarşısına çıxarılması və cəzalandırılması vaxtı yetişib

Diqqətçəkən məqam ondan ibarətdir ki, erməni terrorçu dəstələri və onların başında dayananlar dünya birliyinin ekaloji terrorun dayandırılması çağırışlarına, qəbul edilən qərarlarına əhəmiyyətsiz yanaşmışlar. 2006-cı il də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Fakt ondan ibarətdir ki, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qəraralra Ermənistanın terrorçu rejimi syğısız yanaşmışdır. Əksinə vandal hərəkətlərini və əməllərini daha geniş şəkildə Azərbaycanın işğal etdiyi ərazilərdə və sərhədboyunca davam etdirmişdir. Araşdırmalar zamanı və dövlət qrumlarının yaydıqları rəsmi məlumatlara görə, erməni terrorçu dəstələri tərəfindən talan edilən yeratı və yerüstü sərvətlər Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keştək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. Yataqlardır. Həmin yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Qarabağ və onun ətrafında 250.928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilmişdir. Ermənilər Azərbaycanın işğal edilən ərazilərində yanğınlar törətməklə ekoloji terror tədbirlərini daha da genişləndirmişlər. 2006, 2010, 2014, 2017 -ci iilərdə yaz və yay aylarında törətdikləri yanğınlar zamanı Azərbaycan təbiətinə, flora və faunasına ağır zərbələr vurmuşlar. Meşələrin məhvi isə təkcə flora və faunanın məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş ərazilərdə ağacların kütləvi qırılması ilə erməni vandalları Azərbaycana 4,5 milyon ABŞ dolları həcmində ziyan vurmuşlar. İşğal altında olmuş Azərbaycan ərazilərində meşələrin ümumi sahəsi 247,352 hektar olub. Bunun təxminən 460 növdən çox yabanı ağac və kol bitkisi olmaqla, 13,197 hektarı xüsusi əhəmiyyətə malik olub. Azərbaycan ordusunun parlaq Qələbəsi ilə torpaqlarımız azad edildikdən sonra məlum olub ki, Kəlbəcər rayonunda Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) qırmızı kitabına salınmış ağacların bitdiyi 968 hektarlıq ərazi məhv edilib. Məlumatlara istinadən qeyd etmək olar ki, Ermənistan işğalçıları Azərbaycan ərazilərində 21 növ endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növünü məhv edib. Bəsitçay Dövlət Təbiət Qoruğunda, Qaragöl Dövlət Təbiət Qoruğunda, həmçinin Laçın, Qubadlı və Daşaltı regionlarındakı dövlət təbiət qoruqlarında çinar, qoz, palıd və s. nadir ağaclar kəsilib, işğal atındakı ərazilərdən daşınaraq mebel, çəllək və silah istehsalında istifadə edilib. Bu ağac növlərinin əksəriyyəti nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Ümumiyyətlə, erməni kəmiriciləri işğal etdikləri Azərbaycanın dilbər guşələrini viran qoyub, təbiətə sarsıdıcı zərbə vurublar. Təbii ki, sərvətlərimizin talan edilməsi, təbiətin məhv edilməsi erməni toplumuna baha başa gələcək. Artıq Ermənistanın haqq divanına çəkilməsi üçün Azərbaycan yerli və xarici ekspertlərinin iştirakı ilə viran edilən ərazilərdə dəqiqləşdirmələr və hesablamalar işi aparırlar. Yəni, Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmaqla layiq olduğu cəzanı və təzminatı ödəyəcək. Sevindirici və qürurverici haldır ki, artıq erməni işğalına son qoyulub. Güclü və qüdrətli Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan təslimçilik aktını imzalamağa məcbur olub. 30 ilə yaxındır ki, düşmən tapdağı altında inildəyən, meşələri talan edilib, sərvətləri qarət olunan gözəl məkanımız aydınlığa çıxıb. O bölgələrə həyat qayıdıb. Artıq işğaldan azad edilmiş ərazilərimiz canlanmaqdadır. Azərbaycan dövləti, onun vətəndaşları işğaldan azad edilən ərazilərdə ağacəkmə aksiyaları həyata keçirirlər. Qısa müddət ərzində on mindən çox müxtəlif növ ağac əkilib.

İşğaldan azad edilən ərazilərimiz yenidən canlanır

Ümumiyyətlə, son 20 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, siyasi sabitlik adası kimi tanınır. Artıq dünyanın elə bir ölkəsi, elə bir beynəlxalq təşkilatı yoxdu ki, Azərbaycanla ikitərfli əlaqələrin, əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olmasın. Hər il ölkəmizə xarici investisiyaların həcmi artmaqdadır. Bu, təkcə neft, qaz sənayesi deyil, ümumilikdə bütün sahələri əhatə etməkdədir. Söz yox ki, xarici sərmayə iqtisadiyyatın dirçəlişi üçün kapital rolunu oynamaqla yanaşı, daxili iqtisadi struktur islahatlarının aparılmasına mühüm təkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm sərəncamlar verilib, müvafiq addımlar atılb, qərarlar verilib. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Hər il dünyada iyunun 5-də qeyd olunan Ətraf Mühitin Mühafizəsi Günü Azərbaycanda da böyük coşqu və həmrəyliklə qeyd olunur. Həmin gün və sonrakı günlərdə ölkənin hər yerində insanlar bayram əhvali-ruhiyyəsi ilə küçə və meydanlara, dağ yamaclarına, meşə ətəklərinə çıxaraq minlərlə müxtəlif növ ağaclar əkirlər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağacəkmə kampaniyalarında iştirak etmələri ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Son 20 il ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 100 milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin materialı yetişdirilib və 2 min ton toxum tədarük edilib. Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 %-dək artıb. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılıb. Eyni zamanda, Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri də həyata keçirilib. Belə ki, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Heydər Əliyev Fondun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə minlərlə növ ağac əkilib, meşə zolaqları salınıb. Bu xeyirxah və humanist işlər yaxın günlərdə daha geniş və əhatəli şəkildə həyata keçiriləcək. Daha doğrusu, Azərbaycanın hər yerində, o cümlədən işğaldan azad edilən ərazilərimizdə insanlar öz doğma yurd -yuvalarına qayıtdıqdan sonra daha böyük sürətlə ağac əkəcək, meşə zolaqları salacaq, park və xiyabanlar yaradacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə