Qətiyyətin zirvəsi - Qarabağ Azərbaycandır! - TƏHLİL

Qətiyyətin zirvəsi - Qarabağ Azərbaycandır! - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Vaxtilə «Qarabağ Ermənistandır və nöqtə» deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir"

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib: "Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir".

AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏSİ ÜÇÜN ŞƏRTLƏRİ BİR DAHA XATIRLATDI

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb. Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistan buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.

Bəli, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Azərbaycan Prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. Çünki bu gün şərtləri qalib ölkənin qalib Lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diktə edir: Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib.

Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirdi. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir.

Paşinyan başa düşməlidir ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Prezident və Ali Baş Komandan İlham Əliyev Şuşadan regiona və dünyaya etdiyi çağırışları bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti rəhbəri olduğu ölkə bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün sülhə hazır olmaqla bərabər, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bunun təsdiqidir.

"BU GÜN BİZİM İRADƏMİZƏ HEÇ KİM TƏSİR EDƏ BİLMƏZ"

"Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz". Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

"Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz", - deyən dövlətimizin başçısı bir daha bildirib ki, biz haqq-ədaləti tələb edirik.
Bəli, dövlət başçımızın söylədiyi kimi….

"AZƏRBAYCANIN MÖVQEYİ BİRMƏNALIDIR, AÇIQDIR. AZƏRBAYCAN HAQQIN, ƏDALƏTİN TƏRƏFDARIDIR"

Bəli, dövlət başçımızın söylədiyi kimi, bu gün Azərbaycanını mövqeyi birmənalıdır, açıqdır, haqqın, ədalətin tərəfdarıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı onu da bildirib ki, bu gün bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar: "Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir".

Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: "Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq".

Çünki sözü ilə əməli üst-üstə düşən Qalib ölkənin Qalib Lideri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 illik Qarabağ torpaqlarını vəhşi, işğalçı Ermənistanın əsarətində "Dəmir Yumruq" siyasətinə tabe olan Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu və dövlət başçımızın söylədiyi kimi: "İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq".

Bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib: «Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir”.
Çünki….

"ERMƏNİSTAN ÖZ İMZASINA HÖRMƏT ETMƏSƏ NƏTİCƏ ONLAR ÜÇÜN ACINACAQLI OLACAQ"

Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr nəticə onlar üçün acınacaqlı olacaq". Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik", - deyə dövlətimizin başçısı bildirib.

Bəli, qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Məhz buna görə də sözü ilə əməli üst-üstə düşən Prezident İlham Əliyev cənabları "Dəmir Yumruq" siyasəti ilə 30 illik Qarabağ həsrətinə cəmi 44 gün bəs etdi. Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə "Qarabağ Azərbaycandır"mıza qovuşdu. Dövlət başçısı bütün çıxışlarında, görüşlərində dönə-dönə vurğulayıb ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir.

Bəli, artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Və bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrildi. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır. Prezident cənab İlham Əliyev dayanıqlı, güclü iqtisadiyyatı olan bir dövlət qurdu. Məlumdur ki, güclü iqtisadiyyatı olan dövlətin ordusu da güclü olar. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı güclü iqtisadiyyatı və yenilməz Ordusu olan bir dövlətə çevirdi. All Baş Komandan cənab İlham Əliyevin qurduğu bu Ordu 44 günə Ermənistan ordusunu darmadağın etdi.. Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır və nida! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Bütün bunlar o deməkdir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bütün dünya qəbul edir və bu reallığı Ermənistan dəyişə bilməyəcək. Dünya birliyi 44 günlük Vətən müharibəsindən sonra real olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdi. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb və yeni dövr başlayıb. Və Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.

"MÜSTƏQİLLİK XÜLYASI STATUSUN DALINCA GETDİ. STATUSU İSƏ BİZ HƏLƏ İKİNCİ QARABAĞ MÜHARİBƏSİ ZAMANI GÖNDƏRMİŞİK LAZIM OLAN YERƏ"

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı onu da vurğulayıb ki, iki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq".

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib ki, işğal dövründə şəhərlərimizin yerlə-yeksan edildiyini, tarixi abidələrimizin dağıdıldığını, müqəddəs ocaqlarımızın təhqir olunduğunu və dağıdıldığını xatırladaraq bildirib: "Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz".

Lakin bu gün işğalçı Ermənistan bütün bunlardan sonra düzgün addım atmalıdır.

Dövlət başçımızın söylədiyi kimi: "Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik".

Bəzilərinin, o cümlədən Ermənistanın və onun bəzi xarici himayədarlarının Azərbaycanı qisasçılıqda ittiham etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı bunun tamamilə yalan tezis olduğunu deyib: "Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür".

AZƏRBAYCAN İNDİYƏ KİMİ NƏYİ DİKTƏ EDİBSƏ, O İCRA EDİLİB, ÖHDƏLİKLƏRDƏN QAÇMAQ MÜMKÜN DEYİL

Bəli, bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Belə olan halda bu gün ermənilər anlamalıdırlar ki, sülh onlarını yeganə çıxış yoludur. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Bu Prezident İlham Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər tərəfindən qəbul edilir.

Beləliklə, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyнi zamaнda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə