Təxribatların baş verməsində kimlər maraqlıdır? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Ümumiyyətlə, Ermənistanın son zamanlar ardı-arası kəsilməyən təxribatlarının əsas məqsədlərindən biri regionda vəziyyətin eskalasiyasını gərgin vəziyyətdə saxlamaqdır. Bəs, bu nəyə görə lazımdır? Təbii ki, Ermənistanın bu hərəkətinin arxasında qarşıda nəzərdə tutulan üçtərəfli görüşlərə qədər vəziyyəti ağırlaşdıraraq Azərbaycana qarşı iftiralar və ittihamedici faktlar ortaya qoymaq dayanır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, ABŞ-a məxsus şirkətin Sədərək istiqamətində metallurgiya zavodu tikmək istəyi, Zəngəzur və digər bölgələrimizdə sərhəddə baş verən provakasiyalar onu göstərir ki, iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasında maraqlı olmayan qüvvələr var: “Rusiya və ABŞ həmin qüvvələr içərisindədir. Onlar bir-birini qarşılıqlı olaraq ittiham edir və güc nümayiş etdirirlər. Bu məsələlər də erməni təxribatlarında mühüm rol oynayır. Nə qədər ki həmin böyük oyunçuların regionumuzda maraqları bitib-tükənməyib, o vaxta qədər Azərbaycan və Ermənistan arasında atəşkəs pozulmağa davam edəcək. Doğrudur, regionda sülhün bərqərar olmasına əngəl olmaq istəyən başqa tərəflər də var. Amma ən əsası Rusiya və Qərb tərəfidir ki, onlar bu iki dövlət arasında münasibətlərin səngiməsini, bölgədə sülhün əldə olunmasını istəmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB