“Yaradılan komissiya ictimaiyyətə məlumat verəcək“ - Osman Gündüz AÇIQLADI
“Gədəbəydə baş verən hadisələri sosial mediadan əldə etdik. Lakin yaxşı olardı ki, hadisələrlə bağlı öncədən rəsmi məlumat verilərdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, orada aparılan işlərlə bağlı ictimaiyyətə məlumat verilməli idi: “İndiyə kimi də hər zaman dövlətin bu cür layihələri baş tutub və biz məlumatlı olmuşuq. Lakin belə bir hadisənin baş verməsi təbii olaraq cəmiyyətdə səs-küyə səbəb oldu. Hadisə baş verdikdən sonra da məlumatlar birtərəfli yayıldı. Məhz rəsmi məlumatların olmaması məsələnin daha da böyüməsinə səbəb oldu. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı bir neçə açıqlama verdi. Xüsusilə də yaşlı insanlara qarşı olan münasibətlə əlaqədar olaraq araşdırma aparılacağı və işlər görüləcəyi bildirildi.
Hər halda yaradılan komissiya da ictimaiyyətə məlumat verəcək. Azərbaycanda bu cür layihələr çox olub. Hansı ki, onların ekoloji problemləri ilə bağlı iş aparılıb. Amma bu layihələrlə bağlı görülən işlərlə bağlı cəmiyyət məlumatsızdır. Hesab edirəm ki, komisiyyanın rəyinə uyğun olaraq dövlət ciddi tədbirlər görəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB