“Fransanın addımları ərazi bütövlüyümüzə siyasi qəsd cəhdidir” - DEPUTAT ŞƏRH ETDİ

“Fransanın addımları ərazi bütövlüyümüzə siyasi qəsd cəhdidir” - DEPUTAT ŞƏRH ETDİ

“Fransa parlamenti hər zaman Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir. Bu yeni hal deyil. Biz keçmiş münaqişə vəziyyətində də Fransa parlamenti üzvlərinin Azərbaycan ərazisindəki separatçılarla daim əlaqədə olduqlarını gördük. Təbii ki, bu aşkar şəkildə Azərbaycanın bütövlüyünə siyasi qəsd hesab oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Fransa regionları ilə qondarma separatçı rejim arasında da müəyyən sənədlər imzalanmışdı: “Sonradan Azərbaycanın iradəsi ilə o sənədlərin heç birin qüvvəsi qalmadı.
Hazırda isə Fransa parlamentinin 170 deputatının separatçılara dəstək çağırışları bir daha göstərir ki, Fransa Cənubi Qafqaz regionunda gərginliyin qalmasını hər vəchlə dəstəkləyir. Burada əsas məsələ Azərbaycan ərazisindəki separatçı rejimi dəstəkləməkdən daha çox, regionda gərginliyin davamlı olaraq qalması ilə bağlıdır. Bu baxımdan Fransa bununla həm də Ermənistan iqtidarını qorumağa çalışır.

Fransa parlament üzvlərinin çağırışı, Fransanın Cənubi Qafqaz regionunda olduqca təhlükəli davranışı kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, Avropa İttifaqına üzv olan digər dövlətlər də belə davranışlarla bağlı münasibət sərgiləməlidirlər. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində ən təsirli rol oynayan ölkədir. Lakin Fransanın bu cür addımları ərazi bütövlüyümüzə siyasi qəsd cəhdidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə