Gədəbəy rayonundakı hadisələrə dövlət orqanları həssaslıqla yanaşır

Gədəbəy rayonundakı hadisələrə dövlət orqanları həssaslıqla yanaşır

Bas vermiş etiraz hadisənin mahiyyətini dəyişmək və ona hansısa yön vermək qəti yolverilməzdir. Burada böyük bir iğtişaş dövlət əleyhinə yönələn addım və çağırışlar yoxdur, olmayıb, olmayacaq da. Etirazın konkret mahiyyəti var və buna da dövlətimiz həssaslıqla yanaşır. Vətəndaşlarımızı dinləmək, ekoloji vəziyyəti təhlil etməklə bağlı artıq əlaqədar qurumlar cəlb olunub. Polisin isə vəzifəsini yerinə yetirərkən etdiyi hərəkətin təbii ki, hüquqi qiymətini alacaq. Bu hadisənin ölkə səviyyəsində geniş ictimailəşdirilməsi və ziyalılara çağırışların edilməsinə əsas yoxdur. Əminəm ki, gədəbəylilər həmişə olduğu kimi, vətənini dövlətini və ən əsası asayişin təmin olunması üçün məsuliyyətlərini dərk edirlər. Gədəbəy rayonu həmişə sabitlik və dövlətinə sədaqətlilik rayonu olub.

Sənan Həsənov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə