Fransa Afrikada diz çökdü

Yaxın tarixə qədər Afrika qitəsində özünü hegemon kimi aparan, soyqırımları törədən, “qara qitə”nin xalqlarına zülm edən, onlara kölə təfəkkürü ilə yanaşan Paris artıq nüfuzunu itirib, “persona non-qrata”ya çevrilib. Bunu Fransa hərbçilərinin bu yaxınlarda Çadda saxlanması, Konqo liderinin Makrona məzəmməti, avropalı diplomatlara verilən “daimi veteran səfir” adının ləğvi də sübut edir.

Əsrlər boyu Avropanın müstəmləkə ərazisi olan Afrika hegemon gücə qarşı üsyan qaldırıb. Əlcəzair, Burkina Faso, Mali və Mərkəzi Afrika Respublikası ya Fransanı qovub, ya da cənub qitəsini tərk etməyə məcbur edib.

Son nümunə kimi Çad Sudanla sərhəddə icazəsiz fəaliyyət göstərən fransız əsgərlərini həbs edib.
Onilliklər boyu Afrikanı istismar edən və regionda qeyri-sabitliyin əsas günahkarı hesab edilən Fransa qitədə persona non-qrata çevrilib. Əlcəzairdən Burkina Fasoya qədər bir çox ölkə öz ərazilərində keçmiş müstəmləkəçinin varlığını silmək qərarına gəlsə də, bu yaxınlarda Çad Sudanla sərhəddə icazəsiz hərəkət edən fransız hərbçilərini həbs edib. Sosial mediada yayılan görüntülərdə Çad əsgərlərinin beş fransız əsgərini bir-birinin ardınca oturtduğu, silah və avadanlıqlarını götürdüyü görünür. Burkina-Faso və Mali kimi bir çox Afrika ölkələrindən qovulmuş Fransaya qarşı bu cür münasibət bir daha nümayiş etdirdi ki, müstəmləkəçi dövlətin qitədəki təsirləri zəifləyir.

Hərbçilər dindirilib

Yayımlanan videoda Çad əsgəri tərcüməçi vasitəsilə fransız əsgərlərinə “İcazə sənədiniz varmı?” sualı ilə müraciət edib. Cavab almayan Çad zabiti vəziyyəti bildirmək üçün rəhbərlərinə zəng edib. Çad hərbçilərinin telefonla danışarkən qeyd etməsi də diqqətçəkən məqam olub: “Mən bazaya icazəsiz daxil olan fransız əsgərlərini saxlayıb silahlarını götürdüm”.

Rəsmi açıqlama verən Çad təhlükəsizlik mənbələri fransız əsgərlərinin icazəsiz bazaya daxil olduğunu bildirib. Fransa ordusunun sözçüsü Pierre Gaudilliere hadisənin iyunun 8-də baş verdiyini qeyd edərək, "Bu, çox aqressiv şəkildə edilib" deyib.

Təsir itkisi dərəcəsi

Bəzi Twitter istifadəçiləri Fransa hərbçilərinin döyüşlərin getdiyi Sudanla sərhəddə görünməsini “şübhəli” adlandırıblar. İstifadəçilərdən biri onu da qeyd edib ki, əsgərlərin saxlanması Fransa ordusunun Afrika qitəsində təsir imkanlarını itirməsinə işarədir.

Ötən il Bamakonun tələbi ilə Fransa iki ölkə arasında münasibətlərdə siyasi böhran fonunda 2013-cü ildə yerləşdirilmiş qoşunlarını Malidən çıxarmağa məcbur olub. Malidə 2,3 min fransız əsgəri var idi. Fransa ordusu Barkhane əməliyyatı çərçivəsində terrorla mübarizə aparmaq üçün bölgədə olub və mandat dövründə terror hücumları artıb. Fransanın Malidəki çoxsaylı çevrilişlərə görə də məsuliyyət daşıdığı güman edilir.

MAR titulları geri götürdü

Ötən ilin dekabrında Mərkəzi Afrika Respublikası (MAR) ərazisində yerləşən Fransa ordusunun bütün hissələri bu ölkəni tərk etmək məcburiyyətində qalıb. Burada 130 fransız əsgəri xidmət edirdi. 2022-ci ilin noyabrında CAR həmin ilin avqustunda fransız diplomatlarına verilən “daimi veteran səfir” adını ləğv etdi. Bundan sonra Paris administrasiyası CAR ilə hərbi müqavilələrini dayandırıb və iki ölkə arasında gərginlik ciddi şəkildə artıb.

Makronun Konqo liderindən məzəmməti

Emmanuel Makronun mart ayında Konqoya səfəri zamanı bu ölkənin prezidenti Feliks Tşisekedinin tənqidi ilə üzləşib. "Fransa və Avropa əməkdaşlığının formasını dəyişməlidir", - Konqo lideri bildirib. Əlavə edib ki, bizə fərqli şəkildə baxın, bizə hörmət edin, bizi əsl tərəfdaşlar kimi görün və hər zaman paternalist bir baxışla deyil. Onun “Bizə hörmət et, bizə atamız kimi baxma” sözləri Fransa liderinə soyuq duş kimi təsir etdi.

Bu ilin fevral ayında Burkina-Fasoda yerləşən və Sabir əməliyyatında iştirak edən bütün Fransa hərbçiləri ölkəni tərk etmək məcburiyyətində qalıb. Burkina Fasoda 30 sentyabr 2022-ci ildə hakimiyyətə gələn hərbi hökumət yanvarın 23-də Fransa ilə əməkdaşlıq müqaviləsini ləğv etdiyini və fransız əsgərlərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt verdiyini açıqlayıb. Saber əməliyyatı çərçivəsində Uaqduquya yerləşdirilən kontingent Fransa Xüsusi Əməliyyatlar Komandanlığının 400 əsgərindən ibarət idi.

V.VƏLİYEV

P.S. Mənbə xarici mətbuatdır

Bütün xəbərlər Facebook səhifəmizdə