Zəngəzur dəhlizi nə zaman açıla bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

Zəngəzur dəhlizi nə zaman açıla bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

“Zəngəzur dəhlizi ilə bağlı fəal işlər aparılır. Xüsusən Azərbaycan dövlət səviyyəsində bu dəhlizin reallaşması üçün ardıcıl iş aparır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, dəhlizdə ilk mərhələdə dəmir yolunun bərpa olunması məsələsi gündəmdədir: “Lakin Azərbaycan bununla kifayətlənmək istəmir. Çünki rəsmi şəkildə bəyan edilib ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də regional loqistika və tranzit layihəsidir. Bu isə ondan xəbər verir ki, bu dəhlizin miqyası daha geniş olacaq. Bu baxımdan dəhlizin açılmasında maraqlı olmayan qüvvələr var”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Konkret desək, İran həm Naxçıvanın blokadada qalmasında maraqlı görünür, həm də bu bölgədə yeni regional iqtisadi layihənin gerçəkləşməsində maraqlı görsənmir. Ələxsus söhbət Şərq-Qərb və Simal-Cənub nəqliyyat dəhlizindən gedirsə. Lakin Azərbaycan əvvəlki layihələrə nail olduğu kimi bu istiqamətdə davamlı işini davam etdirərək hesab edirəm ki, yaxın bir il ərzində dəhlizin açılmasına da nail olacaq. Paralel olaraq bu istiqamətdə Qərbdə də lobbiçilik işlərinin aparılmasına ehtiyac var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə