"Sülh danışıqlarının intensiv davam etdiyi bir vaxtda Ermənistanın atəşkəs rejimini pozması, sərhədlərdə təxribatlar törətməsi adi hal alsa da, bu üzərindən sükutla keçiləsi bir hadisə deyil. Ermənistanın artıq ənənə şəklini almış sərhəd pozuculuğu və təxribatları ciddi hadisədir".
Bu sözləri SİA-ya verdiyi açıqlamada siyasi ekspert Aydın Quliyev deyib.
O, bildirib ki, erməni təxribatı heç də səbəbsiz deyil. Artıq iki il yarım keçməsinə baxmayaraq Ermənistanın təxribat törətmədiyi bir gün belə olmayıb: "Sülh danışıqları ilə paralel olaraq sərhəd təhlükəsizliyini və atəşkəsi pozması erməni hakimiyyətinin, erməni siyasətinin hələ də sülh tezislərini anlamaması ilə əlaqədardır. Onlarda bu tezislər hələ qismən oturmağa başlayır. Bu da o deməkdir ki, Ermənistanda müharibə həvəskarları, revanşistlər, Ermənistanın hərəkətlərini, iddialı məqsədlərini müharibə yolu ilə həyata keçirməyə çalışan qüvvələrin dövlətin siyasətinə təsiri hələ də mövcuddur. Ermənistan cəmiyyətinin sülh platforması üstündə mövcud hakimiyyətə təzyiqləri yetərli deyil. Hətta hakim qüvvələr sərhəd təxribatlarının törədilməsində bu və ya digər dərəcədə maraqlıdırlar. Sərhədlərdə törədilən təxribatlar həm revanşist qüvvələrin, həm də Ermənistanın mövcud hakimiyyətinin maraqlarına dayanan bir hadisədir".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB