“Dünya ictimaiyyəti hələ də ermənilərə reaksiya vermir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Dünya ictimaiyyəti hələ də ermənilərə reaksiya vermir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənilər tarixən cəzasızlıq və himayədarlığa vərdişkar olublar. Tarixən Azərbaycan ərazisində yaradılmış Ermənistan dövlətinin rəhbərliyinin və siyasi dairələrinin bu cür saymazyana davranışı cəzasızlıqdan irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

Onun sözlərinə görə, son 30 ildən çox müddətdə bu, daha da qabarıq formada özünü büruzə verir: “Ermənistanın atom elektrik stansiyası bölgəyə böyük təhlükə yaradır. Vaxtilə işğal etdiyi ərazilərimizdə təbiəti amansızcasına məhv edərək təbii sərvətlərimizi, meşələrimizi və faydalı qazıntılarımızı daşıyıb talan ediblər. Hal-hazırda Xocalıdakı qızıl yatağı hələ də onların əlindədir. Bu azmış kimi Azərbaycanın anklavı olan Kərkidə də ABŞ sərmayəsi ilə metallurgiya zavodu inşa etdirmək istəyirlər. Burada məqsəd ətraf-mühiti zəhərləmək və zibilləməklə yanaşı, adı çəkilən yaşayış məntəqəsini geri qaytarmamaqdır.

Bundan başqa mütamadi olaraq otlaq sahələrini və meşələri yandırmaqla həm onları, həm də torpağın üst qatını məhv edirlər. Dünya ictimaiyyəti təəssüf ki, hələ də bunlara reaksiya vermir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə