Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir - ŞƏRH

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir - ŞƏRH

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləndən sonra Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət daşıyır. Səfərzamanı iyunun 13-də Azərbaycan Respublikasının Prezisenti İlham Əliyev və Türkiyə respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla şıxış ediblər.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında birçox mühün məsələlərə münasibət bildirmiş və mühüm mesajlar vermişdir.Qeyd olunmuşdur ki,seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır.Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.Bəyanatda Suşa Bəyannaməsinin əhəmiyyəti xüsusilə vurğulanməşdır. Bildirilmişdir ki,Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır vəŞuşanın işğaldan azad olunmasıİkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

Prezident İlham Əliyev qeyd etmişdir ki, iki qardaşölkə arasında əməkdaşlığ bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyinəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Hərbi sahadəəməkdaçlığın bundan sonrada bütün dahələrdə inkişaf etdiriləcəyi bildirilmişdir. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cənab Prezident qeyd etmişdir ki, bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.

Bəyanatda Türkiyəərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracının artmaqda olduğu bildirilmişdir. Bərpaolunan enerji növləri üzrəəməkdaşlığın böyük perspektivləri nin olduğu bildirilmişdir. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Cənab Prezident bildirmişdir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Bu dəhlizin işə düşməsini Azərbaycan da, Türkiyə dəçox istəyirlər. Çünki bu Çindən Avropaya uzanan bir böyük meqa layihənin bir parçasıdır, şah damarıdır. Zəngəzur dəhlizi bugün böyük güclərin diqqət mərkəzindədir. Türkiyə Azərbaycan strateji tərəfdaşlığı Zəngəzur dəhlizində dəüst-üstə düşür və Türkiyədə həm regional həm Azərbaycanla ortaq, həm də geosiyasi maraqlarıçərçivəsində dəhlizin açılmasına maraqlıdır. İndiki məqamda buna ən çox İran və Ermənistan mane olsa da Türkiyənin proseslərdəki maraqları və Azərbaycana dəstəyi dəhlizin açılmasının reallaşmasını sürətləndirə bilər.

Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətindəaparılan işlərdən danışılarkən qeyd olunmuşdur ki, artıq danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ dəöz həllini tapacaq və birgə universitetin yaranması iki ölkə arasında qardaşlıq münasibətlərinə daha bir töhfə olacaqdır.

Qeyd etmək lazımdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında dövlət səfərləri ilk sırada, ali səviyyə sayılır. Ərdoğanın məhz ilk dövlət səfərini Şimali Kiprin ardınca Azərbaycana etməsi də dövlətlərimiz arasındakı münasibətlərin ən yüksək həddinin, ölkələrarası dostluq vəəməkdaşlığın ən ali səviyyəsinin nümayişidir.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə