Azərbaycan-Pakistan münasibətləri yeni inkişaf mərhələsində - TƏHLİL

Azərbaycan-Pakistan münasibətləri yeni inkişaf mərhələsində - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan-Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir"

PAKİSTANIN BAŞ NAZİRİ MƏHƏMMƏD ŞAHBAZ ŞƏRİF: "Ötən gecədən Bakıda gördüklərim Sizin (Prezident İlham Əliyevin – red.) baxışınızı, liderliyinizi və bu illər ərzində ölkənizi qurmaq üçün göstərdiyiniz dinamik səyləri əks etdirir"

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir.

Xüsusilə də, son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Qeyd etmək lazımdır ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən bir ölkə kimi də tanınır. Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Bu böyük Asiya dövləti 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində özünün səfirliyini açmışdır. Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev iki ölkə arasında olan münasibətləri dəyərləndirərək bu əlaqələri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub”.

PAKİSTANLA ÖLKƏMİZ ARASINDA MÜNASİBƏTLƏRİN İNTENSİV XARAKTERİ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN XARİCİ SİYASƏT XƏTTİNDƏ DƏ PRİORİTET İSTİQAMƏTLƏRDƏNDİR

Ümummilli liderin uğurlu siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət xəttində də Pakistanla ölkəmiz arasında münasibətlərin intensiv xarakteri prioritet istiqamətlərdən biridir. 8-10 iyul 2004-cü ildə Pakistan Prezidenti Pərviz Müşərrəf Bakıya rəsmi səfər, bunun ardınca İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin dəvəti ilə 2005-ci ilin aprel ayının 12-də bu ölkədə rəsmi səfəri iki dost ölkə arasında çoxtərəfli əlaqələrin daha da inkişafı üçün geniş imkanlar açmışdır. Pərviz Müşərrəflə görüşündə ölkə başçımız Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsini xüsusi vurğulamışdır. Artıq son dövrlər Azərbaycan ilə Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir.

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə həm təkbətək, həm geniş tərkibdə v həmçinin iki dövlət rəhbərlərinin mətbuata bəyanatlarında əsas xətt dostluq, qardaşlıq üzərində qurlumuşdur. görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb.

PREZİDENT İLHAM ƏLİYEV: "Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub"

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında Pakistanın Baş naziri ilə təmaslarının müntəzəm olduğunu və ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüklərini vurğulayıb: "Mən minnətdaram ki, cənab Baş nazir mənim dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.

Prezident İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərin ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini deyib: "Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub".

Bəli, bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.

Ümumiyyətlə, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət İslam dünyasında əlaqələrin inkişafına, müsəlman ölkələrinin maraqlarının müdafiəsinə yönəlib. Azərbaycan da hər zaman Türk və İslam dünyaları ilə sıx münasibətlər qurub. Bu baxımdan ölkəmizin Türkiyə və Pakistanla münasibətləri xüsusilə vurğulanmalıdır. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərləri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür.

Həmçini, Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Və bu səfər də mövcud əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsinə daha bir töhfə olacaq.

AZƏRBAYCAN PREZİDENTİ: "BİZ PAKİSTANA MİNNƏTDARIQ Kİ, İŞĞAL DÖVRÜNDƏ VƏ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ AZƏRBAYCANA GÜCLÜ DƏSTƏK VERİB"

"zərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

"Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram", - deyə dövlətimizin başçısı bildirib.

Bəli, Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Təbii ki, bu dəstək Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın möhtəşəm tarixi - şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünün bərpasına nail olmasını təmin edən mühüm amillərdəndir.

Dövlətimizin başçısı iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub: "Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik".

Azərbaycan Prezidenti onu da qeyd edib ki, ona görə də ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin firavanlığı, əlbəttə, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır: "Bütün bu məsələlərdə bizim qarşılıqlı anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub".

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə dəstəyə görə Pakistanın Baş nazirinə təşəkkür edib: "Mən həm (Azərbaycan torpaqlarının) işğalı, həm də İkinci Qarabağ müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyünə, həmçinin ərazi bütövlüyümüzü bərpa etdikdən sonra ona verdikləri dəstəyə görə Pakistanın Baş nazirinə təşəkkürümü bildirdim".

Prezident İlham Əliyev Kəşmin məsələsinə də toxunaraq bildirdi ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır.

AZƏRBAYCAN PREZİDENTİ: "Güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır"

Prezident İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib ki, Pakistanın Baş naziri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Eyni zamanda, birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı müzakirələr apardıq, çünki buna ehtiyac var. Dövlətimizin başçısı onu da vurğulayaraq bildirib: "Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır. Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır".

"Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verdiyini deyən dövlətimizin başçısı qeyd edib: "Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!".
Bəli, bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir.

BAKI İLƏ İSLAMABAD ARASINDA UÇUŞLARIN SAYI ARTIRILACAQ

"Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayı artırılacaq".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərifin bu səfərinin yaxşı nəticəsinin olacağını deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: "Təhsil sahəsində də böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar var və bu gün onlar müxtəlif sahələrdə təhsil alıb qayıdaraq ölkəmizə töhfələrini verirlər".

BAŞ NAZİRİ MƏHƏMMƏD ŞAHBAZ ŞƏRİF: "Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyi"

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. O deyib: "Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik".
Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında onu da söyləyib ki, Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub: "Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür. Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub".

BAŞ NAZİRİ MƏHƏMMƏD ŞAHBAZ ŞƏRİF: "Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyuruq"

Pakistanın Baş naziri mətbuata bəyanatında Azərbaycanda böyük işlər görüldüyünü, xüsusilə də Bakını dünyanını hər hansı bir inkişaf etmiş şəhərləri ilə müqayisə etmək olar: "Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssüratı altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb".

Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu qeyd edən Baş nazir bildirib: "Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir. Ötən gecədən Bakıda gördüklərim Sizin (Prezident İlham Əliyevin – red.) baxışınızı, liderliyinizi və bu illər ərzində ölkənizi qurmaq üçün göstərdiyiniz dinamik səyləri əks etdirir".

Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə söyləyib. "Ziddiyyətdən çəkinməyərək deyə bilərəm ki, indiyədək Bakıda gördüklərimin müqayisəsini apara bilərəm. Siz (Prezident İlham Əliyev – red.) bu şəhəri dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə edə bilərsiniz. Burada heç bir mübaliğə yoxdur", - deyə Baş nazir qeyd edib.

Beləliklə, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə