"Ombudsman birbaşa Ulu öndərin təşəbbüsü ilə yaradılmış təsisatdır"
"Ombudsman birbaşa Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış təsisatdır. Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atıb". SİA xəbər verir ki, bu sözləri Ombudsman Səbinə Əliyeva Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan "Heydər Əliyev və insan hüquqları: Qurtuluş başlanan inkişaf yolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda qeyd edib.
Ombudsmanın sözlərinə görə, Ümummilli Lider ölkə Prezidenti kimi 1998-ci il 22 fevral tarixdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə müvafiq sahədə ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib: "Bu iki sənəddə isə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmış, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində digər zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB