"Heydər Əliyev özü bir konstitusiyadır" - DEPUTAT BİLDİRDİ

"Heydər Əliyev özü bir konstitusiyadır" - DEPUTAT BİLDİRDİ

"Biz Heydər Əliyevin yubileyini və ya Milli Qurtuluş Gününün 30 illiyini gələcək yüz il üçün bir proqrama çevirməliyik. Heydər Əliyev haqqında nə qədər yeni söz deməyə çalışsaq da, bu son söz olmayacaq. Çünki onda o Heydər Əliyev olmayacaq. Bu Ulu Öndərin özünün qazandığı bir hadisədir". SİA xəbər verir ki, bu sözləri "Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu" mövzusunda keçirilən konfransda millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, əlbəttə ki, konstitusiyanın qəbulu, ölüm hökmünün ləğvi, ombudsman təsisatının formalaşması, Avropa Şurasına qoşulma və bunun kimi başqa bir sıra məsələlər Ulu Öndər sayəsində öz həllini tapıb: "Amma mənim üçün ən böyük məsələ Heydər Əliyevin özünün bir konstitusiya olmasıdır. Ümummilli lider sanki fundamental olaraq bir qanun idi. Bir insanın fakturasında bu xüsusiyyətlər formalaşmasa, o, sönrakı dövrdə rəhbərlik etdiyi dövlətə, quruma bunu təlqin edə bilməz".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə