"Heydər Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb" - SPİKER

"Heydər Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb" - SPİKER

Ümummilli lider missiyasını öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb. SİA xəbər verir ki, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyinə həsr edilmiş xüsusi iclasında deyib.

O qeyd edib ki, Heydər Əliyev dünyamiqyaslı dövlət xadimi idi. “Heydər Əliyev xalqımızın siyasi mövcudluğunu qoruyub saxladı və dövlətin inkişafının möhkəm təməlini yaratdı. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində inkişaf edir. Heydər Əliyev ideyaları bu gün yaşayır”, - deyə S.Qafarova vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə