"Azərbaycan və Türkiyə bir çox məsələlərdə müştərək addımlar atır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan və Türkiyə bir çox məsələlərdə müştərək addımlar atır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bildiyiniz kimi, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır və bir sıra rəsmi görüşlər keçirib. Əslində, hər kəsə bəllidir ki, Türkiyədə istənilən bir seçkidən sonra ilk rəsmi səfər məhz Azərbaycana olur. Bu səfər ənənə xarakterli olsa da, gərgin və həyəcanlı seçkidən sonra Ərdoğanın Azərbaycana etdiyi səfər daha mənalı hesab olunmalıdır. Düşünürəm ki, Ərdoğanın bu səfəri öncəkilərdən fərqlənir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, bu iki qardaş ölkənin liderləri arasında aparılan danışıqlar yeni dövr üçün prioritet mövzu olacaq: "Son illərdə xüsusilə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan dövlət başçısı İlham Əliyevin ciddi səyi nəticəsində bir layihə ortaya qoyulub. Bu, türk dövlətləri ilə yaxınlaşmağa, türk dünyasına gedən yolun daha da uzadılmasına xidmət edir. Hesab edirəm ki, bu istiqamətlər üzrə Ərdoğan və Azərbaycan prezidenti arasında ciddi fikir mübadiləsi aparıla bilər".

Politoloq sözlərinə davam edərək bildirib ki, bu səfər çərçivəsində başqa məsələlər də müzakirə oluna və Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi üçün müəyyən addımlar atıla bilər: "Bu, əsasən iqtisadi, hərbi, sənaye məsələləri ilə bağlı ola bilər. Çünki Azərbaycan və Türkiyə bir çox məsələlərdə müştərək addım atırlar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə