"Ermənistan üçün beynəlxalq prinsip anlayışı yoxdur" - DEPUTAT BİLDİRDİ
Erməni mediasının yazdığına görə, Ermənistan ABŞ şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Məlumata görə, zavodun tikintisinə 70 milyon dollar yatırılacaq. Sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq. Zavodu tikən “GTB Steel” şirkəti iddia edib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir.
SİA mövzu ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun fikirlərini öyrənib. O bildirib ki, vaxtilə Azərbaycanın meşələrini yandıran, fosfor bombalarından istifadə edib meşələrimizi qıran, torpağın münbit qatını yandıran Ermənistan hələ də çirkin niyyətini davam etdirir: "Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşması Ermənistanın bu çirkin niyyətinin davamıdır".

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Espo Konvensiyanın üzvüdür: "Bu konvensiyanın şərtlərindən biri də ondan ibarətdir ki, ətraf mühitin qorunması üçün bütün dünya dövlətləri məsuliyyət daşıyır. Bu gün Ermənistan tərəfindən Azərbaycanla sərhəddən cəmi 800 metr məsafədə belə bir zavodun tikilməsi kimi məsələnin gündəliyə atılması yenə də Ermənistanın xislətindən əl çəkmədiklərinin göstəricisidir".
Deputat sözlərinə davam edərək bildirib ki, bu gün Metsamor kimi köhnəlmiş atom elektrik stansiyasının mövcudluğu onsuzda regiona böyük təhdiddir: "Metsamorda ən köhnəlmiş reaktorlardan istifadə edirlər ki, elə burada bir fəsad törənsə bütün region üçün ciddi problem olacaq. Biz bunlara qarşı mübarizə apardığımız bir dövrdə Ermənistanın belə bir zavodu tikmək niyyəti region üçün ciddi təhdiddir.
Espo Konvensiyanın tələblərinə görə, bu zavodun tikintisi Azərbaycanla razılaşdırılmalıdır çünki bu zavod bizim ekosistemimizə təsirsiz ötüşməyəcək. Həm də orada yaxında yaşayan əhalinin rəyi alınmalıdır. İnanıram ki, o zavodun tikintisinin qarşı alınacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB