“Ərdoğanın Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir“ - POLİTOLOQ DANIŞDI
“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çox mühüm bir hadisədir. Nəzərə almaq lazımdır ki, Türkiyədə keçirilən gərgin prezident və parlament seçkilərindən sonra Türkiyə lideri ilk səfərlərindən birini Azərbaycana edir. Bu Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə iki ölkənin bir-biri üçün önəmi vurğulanır: “Vətən müharibəsindən sonra imzalanan Şuşa bəyannaməsi dövlətlərarası münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldırır. Bu gün bu əsasda əlaqələr qurulur. Ölkəmizə qarşı təhlükəsizlik aspektində hər hansı bir təhdidlər olarsa, Azərbaycanın müdafiəsinə Türkiyə qoşulacaq. Ölkəmiz də Türkiyənin sevincində, kədərində birgə addımlayacaq. Ərdoğanın Azərbaycana səfəri də xüsusi əhəmiyyət kəsb edir, burada önəmli mesajlar veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB