"Ermənistan təxribatlarla siyasi manevr imkanları qazanmağa çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ
"Ermənistanın əsas məqsədi davamlı xarakter alan təxribatlar vasitəsilə sülh prosesini mümkün vasitələrlə uzatmaq və vaxt qazanmaqdır. Xüsusilə də, önəmli görüşlər ərəfəsində həyata keçirilən təxribatlar siyasi manevr imkanları qazanmağa çalışan Ermənistanın qeyri-konstruktiv mövqeyinin və bu mövqeyin regionda sülhquruculuğu prosesinə ən böyük təhdid olduğunun bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, belə təxribatların qarşısının alınması üçün ilkin olaraq bütün silahlı erməni diversant qrupları Qarabağdan çıxarılmalıdır: "Bu istiqamətdə görüləcək tədbirlərlə bağlı əsas məsuliyyət Ermənistan tərəfi ilə yanaşı birbaşa olaraq rus sülhməramlılarının üzərinə düşür. Çünki üçtərəfli bəyanatın dördüncü bəndində onların konkret öhdəlikləri açıq şəkildə ifadə olunub. Əks halda artıq davamlı xarakter alan belə təxribatların qarşısı yalnız Azərbaycan ordusu tərəfindən həyata keçiriləcək geniş miqyaslı anti-terror əməliyyatı ilə alına bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB