“İki ölkə rəhbəri arasında yüksək dostluq əlaqəsi var” - POLİTOLOQ ŞƏRH ETDİ

“Türkiyə-Azərbaycan münasibətləri qısa zaman üçün hesablanmadığına görə gələcək perspektivi də yaxşıdır. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çox yüksək dostluq əlaqələri var, ölkələrarası münasibətlər olduqca yaxşıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, imzalanmış Şuşa bəyannaməsi də münasibətlərin daha da inkişaf edəcəyini göstərir: “İyun ayının 13-də isə Ərdoğanın Azərbaycana rəsmi səfəri gözlənilir. Yeni komandanın da Ərdoğanın rəhbərliyi ilə Azərbaycana münasibəti yüksək səviyyədədir. Bu baxımdan da Ərdoğan-Əliyev cütlüyü türk dünyasının yenə də liderləri olaraq qalacaqlar. Bu münasibətlərin fonunda demək olar ki, istənilən sahə üzrə Azərbaycan və Türkiyə arasında ayrılıq olmayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə