"Şəhidinə dəyər verməyən xalqın mənafeyindən danışa bilməz" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə ölkəmizdə olan müxalifətin tez-tez təhqirlər və böhtanlardan istifadə etməsinin şahidi oluram. Deyərdim ki, bu əslində siyasi mübarizədə çox şəxsi qərəzdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, siyasətdə mütləqdir ki, müxaliflik olmalıdır: "Bir hakimiyyət nə qədər mükkəmməl idarəçilik formalaşdırsa da mümkün deyil ki, onun müxalifi olmasın. Bu onsuzda siyasi institutun formalaşması və zənginləşməsinə, müxtəlif fikirliliyin formalaşmasına şərait yaradır. Lakin bu gün açıq aşkardır ki, Azərbaycan müxalifətinin əksəriyyətinin proseslərə heç bir təsir imkanları yoxdur. Gücləri ancaq baş verən hadisələrə münasibət bildirməyə çatır. Bu səbəbdəndir ki, internet televiziyalarında bütün gün ya hakim partiya üzvləri, ya da hər hansı bir məmur barədə təhqir edici ifadələr istifadə edirlər".

Deputat sözlərinə belə davam edib: "Hazırda artıq diqqət çəkmədiklərindən özləri də əmin olublar. Buna görə də yeni metoda əl atırlar, Azərbaycanı - öz dövlətini, minlərlə şəhid vermiş bir ordunu işğalçı qüvvələrlə müqayisə edir. Sonra bu şəxslər çıxıb efirdə xalqdan danışırlar, şəhidinə dəyər verməyən özünə siyasətçi deyənlər xalqın mənafeyindən danışa bilməz. Bu gün Azərbaycan üçün vacib olan Zəngəzur dəhlizi barədə yalnış fikirlər bilərəkdən tirajlanır. Artıq vəziyyət o həddə çatıb ki, xalqın etimadını qazanmaq naminə bütün uğurlara kölgə salmaqdan başqa çarələri qalmayıb".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə