"Ölkədə valyuta mübadilə mərkəzləri açılmalıdır" - SİYAVUŞ NOVRUZOV

"Ölkədə valyuta mübadilə mərkəzləri açılmalıdır". SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

"90-cı illərə qayıtmışıq, insanlar metro üstündə, bağlarda əlbəəl valyuta dəyişdirir. Ölkəyə turistlər gəlir, şənbə-bazar günləri bu insanlar valyutasını harada dəyişməlidir? Dünyanın hər yerində dayanacaqlar formasında valyuta mübadilə mərkəzləri var, bizdə də açılsın”, - deyə deputat çıxışı zamanı iradlarını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə