Deputat ölkədə qayıdış günün təsis edilməsini təklif etdi

“Bildiyimiz kimi, 2016-cı il aprel döyüşləri nəticəsində ordumuz Lələ təpə yüksəlikərini işğaldan azad etdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin məskunlaşdırılması imkanı yarandı. 2017-ci il iyun ayının 14-də ölkə Prezidenti tərəfindən bərpadan sonra kəndin açılışını etmişdir”. SİA xəbər verir ki, bu sözləri Parlamentin plenar iclasında çıxışı zamanı deputat Elşad Mirbəşir oğlu təklif edib.

Onun sözlərinə görə, bundan sonra kənddə soydaşlarımızın ilk qrupunun məskunlaşdırılmasına başlanılmışdır və qısa zamanda uğurla başa çatdırılmışdır: “Bu, işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın başlanğıcı idi. Bu baxımdan, hesab edirik ki, 14 iyun tarinin Azərbaycanda qayıdış günü kimi təsis edilməsi əhəmiyyətli olardı. Bu əhəmiyyəti bir neçə məqam üzərindən əsaslandırmaq olar: birincisi, bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olardı. İkincisi, bildiyimiz kimi, Azərbaycan 2030- sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən birini məhz böyük qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir. Bu mənada, qayıdış gününün təsis edilməsi, sösügedən istiqamətdə işlərin həyata keçiliməsinin də ümumi ruhuna müsbət təsir göstərər. Üçüncüsü isə, ermənilərin işğalçılıq siyasəti haqqında da tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olarıq. Bu gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüşlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə