Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Mehdiabad 8 saylı ƏPT-nda (Mehdiabad 2 saylı savxoz) “Heydər Əliyev İli” çərçivəsində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, sədr müavini Ülvi Salmanov və aparatın əməldaşları, Əkinçilik ETİ-nun direktoru Faiq Xudayev və İnistitun kollektivi iştirak edib.
Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədibirdə Əkinçilik ETİ-nun direktoru Faiq Xudayev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. O, ulu öndər Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın qüdrətli və qalib ölkəyə çevrildiyini söyləyib.
Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin tarixi mərhələlərini təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.
Sonra YAP-nın Mehdiabad 8 saylı ƏPT-nın sədri Sevindik Dünyamalıyev, Əkinçilik ETİ-nun TBAL-nın müdiri Laçın Novruzov və DƏ və BDŞ-nin böyük elmi işçisi Solmaz Baxşəliyeva bildiriblər ki, Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərimizin həyatı daim Azərbaycan naminə mübarizələrdə keçib və qalib gəlib. Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına xüsusi diqqətlə yanaşmasındanda ətraflı bəhs ediblər.
Sonda Yeni Azərbaycan Partiyasınına yeni üzv olunan müəllimlərə üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə