“Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə irəliləyir“ - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri olduqca əhəmiyyətli idi. Bu məhz Türkiyə prezidentinin andiçmə mərasimi ilə əlaqədar gedilmiş səfər idi. Həmin mərasimdə Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevə və xanımına böyük diqqət ayırdığının şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ərdoğanın çıxış edəcəyi salonda Prezidentlə səmimi görüşü də diqqətdən qaçmadı: “Bütün bunlar göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə irəliləyir. Ərdoğanın yenidən prezident seçilməsi ilə proseslər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu da iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə kömək edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə