"Ermənistan mütləq ağır nəticələrə məruz qalmalıdır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Otuz ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal edib talayan, ölkəmizin səkkiz kəndini hələ də işğal altında saxlayan, əldə edilən razılıqlara baxmayaraq qoşunlarını dövlətimizin ərazisindən tam şəkildə çıxarmayan, işğalçı tərəf kimi yenə də silah alınması barədə bəyanat verən və ərazilərimizdə hələ də təxribatlara əl atan Ermənistanın fəaliyyətlərinin Azərbaycanın sərt reaksiyasına səbəb olacağı şübhə doğurmur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu təxribatlarına nə zamansa son qoyacaq: "Baş verən proseslər göstərir ki, Ermənistan siyasi rəhbərliyi öz bəyanatlarında sülhdən danışsa da real olaraq ərazidə tamamilə əksini müşahidə etmirik. Odur ki, Ermənistan ordusunun sərhəddə və ya Qarabağ iqtisadi rayonu ərazisində törətdiyi təxribatların hər birini Azərbaycana qarşı ərazi iddiası kimi dəyərləndirərək, bu təxribatların qarşısını qətiyyətlə almalıyıq. Ermənistan mütləq ağır nəticələrə məruz qalmalıdır. Bəlkə bu yol ilə erməni tərəfini bir qədər təxribatlardan çəkindirməyə nail ola bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə