"Ermənistan açıq demarş etmək gücünə malik deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan açıq demarş etmək gücünə malik deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiya ilə müttəfiq ola bilmərik bəyanatı konkret olaraq Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirilmiş ifadədir". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Aytən Qurbanova deyib.

O, bildirib ki, Ermənistan istər Paşinyanın, istərsə də hər hansı bir şəxsin hakimiyyəti dövründə Rusiyaya münasibətdə açıq demarş etmək gücünə və ya siyasi iradəsinə sahib deyil. Xüsusilə də, Paşinyanın belə çıxışları heç vaxt qətiyyətli siyasi iradənin təcəssümü olaraq qəbul edilmir və qısa müddət sonra tamamilə zidd fikirlərlə müşayiət oluna bilir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, hətta bu çıxışın özü belə müvəqqəti xarakter daşıyır və Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılı olaraq asanlıqla dəyişə bilər.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə