"İsrail ilə əlaqələrimiz geniş aspektdə davam edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycan-İsrail əlaqələri 20 ildir ki, yüksək səviyyədə davam edir. Hətta bu əlaqələri konkret olaraq müttəfiq əlaqələri kimi də səciyyələndirmək olar. İsrail ilə ölkəmiz arasında həm siyasi, həm iqtisadi, həm də hərbi-texniki əlaqələr digər ölkələrdən fərqli olaraq strateji və müttəfiqlik səviyyəsində qurulub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirlik açması bu əlaqələrin daha da yüksələcəyinə dəlalət edir: “Səfirlik açıldıqdan sonra isə əlaqələr yeni bir mərhələyə qədəm qoyub. İsrail prezidentinin Azərbaycana səfəri İran-Azərbaycan hərbi-siyasi böhranında İsrailin ölkənin təhlükəsizliyinə verdiyi töhfə baxımından iki dövlət arasındakı əlaqələrin hansı səviyyədə olduğunu daha aydın görə bilirik. Azərbaycanın Türkiyə kimi, İsrail ilə də qardaşlıq münasibəti var. İsrail ilə əlaqələrimiz geniş aspektdə davam edəcək. Həmçinin iki ölkə arasında beynəlxalq müstəvidə də əlaqələr genişləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB