“Ümummilli Lider Azərbaycanın gələcəyi üçün böyük işlər görüb“ - SƏDR DANIŞDI

“Azərbaycanın dahi oğlu, böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatı təntənəli tədbir keçirir. Dahi şəxsiyət Heydər Əliyev nəinki Azərbaycan, dünya tarixində mühüm rol oynayıb. Azərbaycan, türk xalqı var olduqca, Ulu Öndərin də adı yaşayacaq”. Bu sözləri SİA-ya açıqlamasında YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Azərbaycanın gələcəyi üçün zamanında olduqca böyük işlər görüb: “Ulu Öndər həm də Azərbaycanın qabaqcıl ölkələr sırasında ola bilməsi üçün özündən sonra cənab Prezident İlham Əliyevi xalqımıza miras qoyub. Bu gün də Azərbaycan dünyanın, regionun sözünü demiş ölkələrdəndir. Azərbaycanın qazandığı zəfər isə tariximizə qızıl hərflərlə yazılaraq, bütün xalqımız üçün bayram gününə çevrilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə