“Ərdoğanın uğuru bütün Türk dünyasının qələbəsidir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ərdoğanın yenidən Prezident seçilməsi türk dünyası üçün mühüm bir məsələdir. Azərbaycan Türkiyə münasibətləri artıq qardaşlıq səviyyəsindən də yüksəkdədir. Çünki Azərbaycan-Türkiyə münasibətlərinə nəzər salsaq, dünyada eyni dildə danışan ikinci belə bir münasibət yoxdur. 22 Ərəb ölkəsi arasında belə Azərbaycan-Türkiyə arasındakı kimi münasibət yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, burada Azərbaycan Prezidentinin də rolu danılmazdır: “Ərdoğan seçkilərdə uğur qazanaraq bütün dünyaya sübut etdi ki, demokratiya da məhz Şərqdədir. Eyni zamanda bu proseslər Turanın yaradılmasının davamı oldu. Belə ki, artıq Turanın addım səsləri çoxlarını narahat edir.

Türkiyə dünya siyasi arxitekturasında önəmli yerə sahib oldu. İndiyə kimi dünya dövlətləri bu və ya digər formada Ərdoğana fərqli yanaşırdılar. Lakin ABŞ, Avropa İttifaqı, Rusiya kimi böyük dövlətlərin ilk andan etibarən Ərdoğanı təbrik etməsi onun çox önəmli bir siyasətçi olduğunu bir daha dünyaya bəyan etdi.
Eyni zamanda bu uğur Azərbaycan üçün Qarabağ siyasətinin davam etdirilməsi baxımından çox önəmlidir.
Ümumilikdə isə bu bütün Türk dünyasının qələbəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə