Kanadanın baş naziri Castin Trüdo prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı uğurlar münasibətilə təbrik edib.
SİA xarici mətbuata istinadən bildirir ki, xəbərdə qeyd olunanlara görə, Kanadanın baş naziri Ərdoğanı bu sözlərlə təbrik edib:
"Prezident Rəcəb Tayyib Ərdoğanı bugünkü seçki uğuru münasibətilə təbrik edirəm. Ölkələrimiz dərin əlaqələri olan, güclü tərəfdaşlardır və mən bu tərəfdaşlığı daha da gücləndirməyi və kanadalılar və Türk xalqı üçün irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB