Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib- Prezident

Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək.

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Məhz Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra Azərbaycanın ayağa qalxa, inkişaf yoluna qədəm qoya bildiyini, vətəndaş müharibəsinə son qoyulduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə