Leonid Slutski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Əlamətdar tarix – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!

Azərbaycan dövlət quruculuğu sahəsində, geniş iqtisadi və sosial islahatların aparılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir. Azərbaycan zəngin ehtiyatlara və intellektual potensiala malik olan, dinamik inkişaf edən, milli ənənələrinin orijinallığını qoruyub saxlayan, bütün dünyada tanınan istedadlı mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirən ölkədir.

Siz dahi atanızın – ölkənizin Ümummilli Lideri Heydər Əliyevin kursunu layiqincə davam etdirirsiniz. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafı Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verərək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycanın daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə