"Minsk Qrupu torpaqlarımızın sülh yolu ilə azad edilməsinə töhfə verməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"ATƏT-nin institusional qurumları ilə əlaqələrin inkişaf etdirilməsi və təşkilat çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının dəyərləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında hər zaman önəmli xarakter daşıyıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, 30 ilə yaxın davam edən danışıqlar dövründə Fransa kimi bəzi qərəzli mövqeyi ilə fərqlənən üzvlərin xüsusi səyləri nəticəsində keçmiş ATƏT-in Minsk Qrupu torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə heç bir töhfə verə bilməyib, amma ümumilikdə təşkilatın regiondakı sülhquruculuğu prosesinə müsbət təsir imkanları hər zaman var: "İlk növbədə onu qeyd etmək lazımdır ki, ATƏT-in Parlament Assambleyası ilə Milli Məclisin birgə təşkilatçılığı əsasında Bakıda beynəlxalq konfransın təşkil olunması qarşılıqlı əməkdaşlığa töhfə verməklə yanaşı, üzv ölkəıəri təmsil edən nümayəndə heyətinin regionda baş verən proseslərlə və Qarabağda aparılan yenidənqurma işləri ilə yerində tanış olaraq obyektiv mövqe nümayiş etdirmək imkanı yaratmış oldu".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu da Ermənistanla davam edən danışıqlar prosesi dövründə qarşı tərəfin ardıcıl xarakter alan əsassız anti-Azərbaycan çıxışlarına və ittihamlarına da verilmiş ən doğru və dəqiq cavab olaraq qiymətləndirilə bilər: "Prezident İlham Əliyevin Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbulu zamanı Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işlərini xüsusilə diqqətə çatdırması və nümayəndə heyətinin işğaldan azad olunmuş torpaqlarımıza səfərin önəmini vurğulaması da buna bariz nümunədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB