San-Marinonun Kapitan-Regentləri Prezident İlham Əliyevə təbrik ünvanlayıblar
San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Prezident İlham Əliyevə təbrik ünvanlayıblar.
SİA xəbər verir ki, təbrikdə bildirilir:
"Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.
Zati-alilərı, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB