“AXC türk və İslam dünyasında ilk parlamentli respublika idi” - FƏLSƏFƏ DOKTORU DANIŞDI

“28 may Azərbaycan tarixində mühüm hadisələrdən biridir. 1918-ci ildə M.Ə.Rəsulzadənin başçılığı ilə müsəlman şərqində ilk demokratik, dünyəvi dövlət olan AXC-nin əsası qoyuldu. AXC türk və İslam dünyasında ilk parlamentli respublika idi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.

Onun sözlərinə görə, AXC-ni ilk rəsmi surətdə tanıyan dövlət isə Osmanlı olub: “Bu isə Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunələrindən biridir. AXC-nin yaradılması Azərbaycanın gələcək tarixi üçün müstəsna bir addım idi. 1918-ci il 9 noyabrda isə Azərbaycanın üçrəngli bayrağı qəbul edildi.

AXC gərgin gərgin ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilir. Buna baxmayaraq Azərbaycanın istiqlal ideyası yenilmir və tarix elə gətirir ki, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan edir. Bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında müstəsna rol oynayan Ulu Öndərin də uğurlu addımlarını vurğulamaq lazımdır. Bütün bu uğurlu addımlar bugünkü Azərbaycanın inkişafında mühüm rol oynayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə