"Ərdoğan böyük səs üstünlüyü ilə Prezident seçiləcək" - POLİTOLOQ ŞƏRH ETDİ
"Zənnimcə, Türkiyədəki seçkilərlə bağlı məsələlər kifayət qədər aydındır. Yəni Rəcəb Tayyib Ərdoğan kifayət qədər inamla seçkilərin ikinci turuna gedir".
Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Qabil Hüseynli bildirib.
Politoloqun sözlərinə görə, türk müxalif cəbhəsində çox ciddi çalxantılar, Kılıçdaroğlunun cəbhəsində ciddi itkilər var: "Məsələn, Əhməd Davudoğlunun partiyasında parçalanmalar gedir. Bununla yanaşı, İYİ Partiyanın, yəni Meral Akşenerin partiyasında ciddi dalğalanmalar və mərkəzdən qaçan meyillər var. Üstəlik Sinan Oğan da Ərdoğana dəstək verəcək. Belə demək mümkündürsə bütün amillər Ərdoğanın xeyrinə işləyir. Zənnimcə, o, böyük səs üstünlüyü ilə Türkiyənin prezdenti seçiləcək.
Müəllif: Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB